Bakı. Trend:
ABŞ Belarusa qarşı sanksiyalar siyahısına daha səkkiz fiziki şəxs və beş qurum, həmçinin bir aviaşirkət əlavə edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.
Məlumata görə, Belarusun milli aviaşirkəti “Belaviya”, Belarus Dövlət Nəzarət Komitəsinin maliyyə araşdırmaları departamenti, Minsk Mülki Aviasiya Zavodu da “qara siyahı”ya əlavə edilib.