...

Pakistanda parlament buraxılıb

Dünya xəbərləri Materials 10 Avqust 2023 16:16 (UTC +04:00)
Pakistanda parlament buraxılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın baş naziri Şahbaz Şərif yeni seçkilərin keçirilməsi üçün parlamenti buraxıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, parlamentin erkən buraxılması Konstitusiya ilə hökumətə yeni seçkilərə hazırlaşmaq üçün əlavə bir ay verir.

Qeyd edək ki, Pakistanda 2018-ci ilin iyulunda keçirilən son ümumi seçkilərdə İmran Xanın partiyası qalib gəlmişdi. İmran Xan bir müddət bundan əvvəl dövlət xəzinəsindən dələduzluq yolu ilə qiymətli əşyalar satmaqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti