...

Türkiyənin Almaniyaya avtomobil sənayesi məhsulları ixracı 3 milyon dollara çatıb

Dünya xəbərləri Materials 15 Avqust 2023 16:57 (UTC +04:00)
Türkiyənin Almaniyaya avtomobil sənayesi məhsulları ixracı 3 milyon dollara çatıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Almaniyaya avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artıraraq, 2,8 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyul ayında Türkiyə Almaniyaya avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 29,3 faiz artıraraq, 379,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 20,1 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 33,2 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 33,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti