...

Ukraynada parlament seçkiləri təxirə salındı

Dünya xəbərləri Materials 17 Avqust 2023 14:22 (UTC +04:00)
Ukraynada parlament seçkiləri təxirə salındı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və səfərbərliyin müddətinin uzadılmasına dair qanunlar imzalayıb.

Trend xəbər verir ki, ölkədə səfərbərlik və hərbi vəziyyətin müddəti cari ilin noyabrın 15-nə qədər uzadılıb.

Məlumata görə, Ukraynada müharibənin başlamasından bu günə qədər artıq 8-ci dəfədir analoji qərar verilir. Ölkədə növbəti parlament seçkiləri oktyabr ayında keçirilməli idi. Lakin qanunvericiliyə əsasən, hərbi vəziyyət səbəbindən seçki keçirilə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti