...

Belarusdakı “Vaqner”çilərin sayı kəskin azaldı

Dünya xəbərləri Materials 19 Avqust 2023 17:53 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Belarusdakı “Vaqner” xüsusi hərbi təşkilatının üzvlərinin sayı xeyli azalıb. Onların bir hissəsi ölkəni tərk ediblər.

Trend xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.

Məlumata görə, Belarusdakı “Vaqner”çilərin sayı 5,8 min nəfərdən 4,4 min nəfərə qədər azalıb. Buna səbəb kimi maliyyə çatışmazlığı göstərilib.

Qeyd olunub ki, muzdluların bir hissəsi Afrika ölkələrinə yola düşüb. “Vaqner”in əksər üzvü onlara verilən ödənişdən razı deyil. Ona görə də onlar Belarusda uzun müddət qalmağı düşünmürlər.

Qeyd edək ki, Belarus Müdafiə Nazirliyi Polşa və Litva sərhədində hərbi təlimlərin başlanması barədə məlumat yaymışdı. Polşa və Litva rəsmiləri “Vaqner”in sərhəddə təxribat törədə biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti