...

BRICS qlobal iqtisadiyyatda mühüm rol oynayır - Rəisi

Dünya xəbərləri Materials 26 Avqust 2023 02:06 (UTC +04:00)
BRICS qlobal iqtisadiyyatda mühüm rol oynayır - Rəisi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

BRICS bütün dünyada iqtisadi və ticarət əməkdaşlığında mühüm rol oynayır.

Trend xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Yohannesburqda BRICS-in 15-ci sammitində iştirakından sonra Tehrana dönərkən bildirib.

Rəisi qeyd edib ki, BRICS diqqətini ticarət və iqtisadi əməkdaşlıqda cəmləyib və İranın blokla əlaqələri onun dayanıqlı iqtisadiyyatına uyğundur.

İran prezidenti vurğulayıb ki, Tehranın qlobal, regional və transregional təşkilatlarla əlaqəsi İranın siyasi gücünü möhkəmləndirəcək.

Rəisi əlavə edib ki, Tehran Cənubi Afrika Respublikasına texniki və injinirinq xidmətləri ixrac edəcək və İran alimlərinin köməyi və ölkənin neft nazirliyinin səyləri ilə Cənubi Afrikadakı beş neft emalı zavodu fəaliyyətini bərpa edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti