...

Səidə Mirziyoyeva Özbəkistan prezidentinin köməkçisi təyin edilib

Dünya xəbərləri Materials 26 Avqust 2023 06:48 (UTC +04:00)
Səidə Mirziyoyeva Özbəkistan prezidentinin köməkçisi təyin edilib
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Respublikası Prezidentinin Administrasiyasında təyinatlar olub.

Trend xəbər verir ki, dəyişikliklər çərçivəsində Səidə Mirziyoyeva Özbəkistan Prezidentinin köməkçisi vəzifəsinə təyin edilib.

Səidə Şavkatovna özbək siyasətçisi, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin böyük qızıdır.

O, 4 noyabr 1984-cü ildə Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində anadan olub.

2019-cu ildən İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəhbərinin müavini vəzifəsində çalışıb. 2022-ci ildən Prezident Administrasiyasında rabitə və informasiya siyasəti sektoruna rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti