...

İrandan ixrac 9,7% artıb - İqtisadiyyat Nazirliyi

Dünya xəbərləri Materials 28 Avqust 2023 22:50 (UTC +04:00)
İrandan ixrac 9,7% artıb - İqtisadiyyat Nazirliyi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il martın 21-də başa çatan ötən İran ilində İrandan ixracın həcmi 9,7% artıb.

Trend bazar ertəsi xəbər verir ki, bunu İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi deyib.

Onun sözlərinə görə, ötən il ixracın dəyəri 53 milyard dollardan çox olub.

"Bu müddət ərzində İran və əsas ticarət tərəfdaşları arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyaların 23 iclası keçirilib", - deyə nazir əlavə edib.

Nazir qeyd edib ki, ötən İran ili ərzində iqtisadi əlaqələr üzrə müxtəlif ölkələrə 149 nümayəndə heyəti göndərilib, 41 nümayəndə heyəti İrana dəvət olunub. Ticarət tərəfdaşı olan ölkələrlə müxtəlif formatlarda əməkdaşlığa dair 370 sənəd imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti