Bakı. Trend:
Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Trend xəbər verir ki, tədbirdə Belarusun milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir sıra məsələlər müzakirəyə çıxarılıb.
“Dünyada və bilavasitə sərhədlərimizdə yaranmış gərgin vəziyyət, sanksiyalar təzyiqi bizə tam sakit və gələcəyə inamlı olmağa imkan vermir. NATO ölkələri israrla öz genişlənmə siyasətini irəli sürür, öz güclərini artırırlar. Belarus ətrafında hərbi mövcudluq, sərhədlərimizdə davamlı olaraq təxribat xarakterli təlimlər keçirir. Artıq bu, hərbi qulluqçular tərəfindən dövlət sərhədinin pozulması həddinə çatıb. Yaxşı, bu gün buna aydınlıq gətirəcəyik”, - deyə Lukaşenko vurğulayıb.
Belarus prezidenti Polşa və Baltikyanı ölkələri hədələyib.
"Onlar öz hərəkətlərini guya Belarus ərazisindən gələn bəzi təhdidlərlə əsaslandırırlar. Polşa və Baltikyanı ölkələrin rəhbərliyi Belarusu heç vaxt olmamış və ola bilməyəcək mifik aqressiv niyyətlərdə ittiham edir", - Aleksandr Lukaşenko əlavə edib.
.