...

Sudan ordusu Xartumdakı əsas hərbi bazaya nəzarəti ələ keçirib

Dünya xəbərləri Materials 3 Sentyabr 2023 17:04 (UTC +04:00)
Sudan ordusu Xartumdakı əsas hərbi bazaya nəzarəti ələ keçirib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sudan ordusu paytaxt Xartumun cənubunda yerləşən ölkənin xüsusi təyinatlı qüvvələrinin əsas bazasına tam nəzarəti ələ keçirib.

Trend bu barədə Sudan mediasına istinadən xəbər verir.

“Xartumun cənubundakı Əl-Şəcər bölgəsində perimetr boyu bazanın təhlükəsizliyi təmin edilib, əlavə olaraq xüsusi təyinatlılar ətraf ərazilərdən çıxarılıb”, - ordunun bəyanatında deyilir.

Bildirilir ki, Sudan silahlı qüvvələri paytaxtdakı xüsusi təyinatlı qüvvələrin mövqelərinə hava zərbələri endirməkdə davam edir və artilleriya səsləri də eşidilir. Qonşu Omdurman şəhərində də şiddətli döyüşlər gedir.

Son həftələr iri hərbi texnikanın cəmləşdiyi Xartumdakı zirehli qüvvələrin bazası ətrafında şiddətli toqquşmalar olub. Ordu xüsusi təyinatlıları obyektdən sıxışdırıb çıxarmağa bir neçə dəfə nail olub, lakin onlar yaxınlıqdakı ərazilərdən yeni hücumlara başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti