Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Komissiyasının Qonşuluq və Genişlənmə Siyasəti üzrə Komissarı Oliver Varhelyi Aİ ilə Türkiyə arasında əməkdaşlıq danışıqları üçün Türkiyəyə səfər edəcək.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, 6-7 sentyabr tarixlərində Ankarada olacaq Varhelyi, Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilə görüşəcək.
Varhelinin səfəri may ayında Türkiyədə keçiriləcək prezident və parlament seçkilərindən sonra Aİ-dən Türkiyəyə ilk yüksək səviyyəli rəsmi səfər olacaq. Səfər zamanı Türkiyə-Avropa İttifaqı əlaqələri ilə yanaşı, iki tərəf arasında əməkdaşlıq məsələləri də müzakirə olunacaq.
"İyun ayında keçirilən Aİ Zirvə toplantısında liderlər Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelə Türkiyə ilə münasibətlərin vəziyyəti ilə bağlı hesabat hazırlamağı tapşırıblar. 5,5 milyard avro büdcə ilə Rəqəmsal Avropa Proqramında iştirak haqqında saziş imzalanıb. Səfər zamanı Varhelyi, Türkiyədə baş verən zəlzələlərin vurduğu ziyana görə 400 milyon avro maliyyə dəstəyi təklif edəcək. Türkiyə sosial təhlükəsizlik üçün Aİ ilə 781 milyon avro dəyərində müqavilə imzalayacaq",- deyə Aİ Komissiyasının bəyanatında bildirilib.