...

Nobel həftəsi 2-9 oktyabr tarixləri ərzində keçiriləcək

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 12:25 (UTC +04:00)
Nobel həftəsi 2-9 oktyabr  tarixləri ərzində keçiriləcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Nobel həftəsi 2-9 oktyabr tarixləri ərzində keçiriləcək.

Trend xəbər verir ki, Nobel həftəsi ərzində aşağıdakı ardıcıllıqla ümumilikdə 6 mükafat veriləcək:

Fiziologiya və ya tibb sahəsi üzrə Nobel laureatı oktyabrın 2-də, Fizika üzrə laureat oktyabrın 3-də, Kimya üzrə laureat oktyabrın 4-də, Ədəbiyyat üzrə laureat oktyabrın 5-də, Sülh nominasiyası üzrə laureat oktyabrın 6-da, İqtisadi elmlər üzrə isə laureat isə oktyabrın 9-da elan olunacaq.

Fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən, Sülh nominasiyası üzrə mükafat Norveç Parlament Komitəsi tərəfindən, digər nominasiyalar üzrə mükafatlar isə İsveç Kral Akademiyası tərəfindən təqdim edilir.

Qeyd edək ki, Nobel mükafatları 1901-ci ildən etibarən təqdim olunur. Mükafatların elan olunma mərasimi hər il dekabrın 10-u Stokholmda keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti