İranda polis məntəqəsinə silahlı hücum olub, ölənlər var

Dünya xəbərləri Xəbər 7 Sentyabr 2023 00:27 (UTC +04:00)

Bakı. Trend:

İranda naməlum şəxslər polis məntəqəsinə hücum ediblər.

Trend xəbər verir ki, silahlı hücum ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində baş verib.

Hücum nəticəsində 2 polis əməkdaşı ölüb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti