...

Qazaxıstanda türbənin partladılması cəhdinin qarşısı alınıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2023 14:09 (UTC +04:00)
Qazaxıstanda türbənin partladılması cəhdinin qarşısı alınıb

Bakı. Trend:

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTT) əməkdaşları cari ildə ölkənin cənubunda yerləşən türbənin partladılması və paytaxtda silahlı hücumun törədilməsi cəhdinin qarşısını alıblar.

Trend Qazaxıstan mediasına istinadən xəbər verir ki, bunu Komitənin sədr müavini Ruslan Seysembayev Şanxay Əməkdaşlıq Təşkilatının Regional anti-terror strukturu şurasının iclasında deyib.

"Bu dövrdə Qazaxıstanda bilavasitə yüksək terrorizm təhlükəsi sabit olaraq qalmaqda davam edir. Hər il ən azı iki terror aktının qarşısı alınır. Təkcə bu il ərzində, hələ erkən hazırlıq mərhələsində ikən, Türküstanda Xoca Əhməd Yasəvi türbəsində əldəqayırma partlayıcı qurğunun partladılması, eləcə də, Astanada kütləvi toplaşma yerlərində silahlı hücumun törədilməsi cəhdləri zərərsizləşdirilib”, - deyə Seysembayev bildirib.

Onun sözlərinə görə, MTT-yə daxil olan məlumat bu nəticəyə gəlməyə imkan verir ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər üçün terror təhlükələrinin yaradılması bir neçə dominant amilin təsiri altında baş verir.

Qeyd edək ki, bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Regional anti-terror strukturu şurasının 40-cı iclası keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti