Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təmaslara davam edəcəklər, lakin növbəti görüşün dəqiq tarixi məlum deyil, onlar lazım gələrsə, dərhal görüşə bilərlər.
Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumu çərçivəsində deyib.
"Liderlər təmaslara mütləq davam edəcəklər. Bildiyiniz kimi, onların arasında çox tez-tez telefon danışıqları olur və səfərləri yetərincə tez razılaşdırılır. Bu səbəbdən hazırda dəqiq tarix yoxdur, lakin lazım gələrsə, görüşmək üçün daha bir il gözləməmək barədə razılığa gəliblər. Lazım gələrsə, onlar yetərincə tez bir zamanda görüşə bilərlər”, - Peskov deyib.
Xatırladaq ki, sentyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Soçi şəhərində görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, taxıl sazişinin bərpası da yer alıb. Rusiya prezidenti bildirib ki, taxıl sazişinin bərpası barədə yalnız Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağa aradan qalxdıqdan sonra düşünə bilər. Türkiyə prezidenti bu məsələ ilə bağlı BMT ilə təmasları davam etdirəcəyini bildirib.