...

Moldovanın ilk prezidenti vəfat etdi

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 09:39 (UTC +04:00)
Moldovanın ilk prezidenti vəfat etdi

Bakı. Trend:

Moldovanın ilk prezidenti Mirça Snequr vəfat edib.

Trend-in xəbərinə görə, bu barədə onunla birgə işləmiş baş nazirin keçmiş müavini Konstantin Tampiza öz "Facebook" səhifəsində məlumat yayıb.

“13 sentyabr, saat 23:30-da Moldova Respublikasının ilk prezidenti Mirça Snequr sağalmaz xəstəlikdən vəfat etdi”, - sosial hesabında yazıb.

Qeyd edək ki, Mirça Snequr 1990-cı il sentyabrın 3-dən 1996-ci il dekabrın 1-dək Moldovanın prezidenti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti