...

İstanbulda Qapalı çarşı bazarında yanğın baş verib

Dünya xəbərləri Materials 17 Sentyabr 2023 03:35 (UTC +04:00)
İstanbulda Qapalı çarşı bazarında yanğın baş verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda turistlər arasında məşhur olan Qapalı çarşı bazarında mağazalardan birində yanğın baş verib.

Trend-in məlumatına görə, daha sonra yanğın bazarın damına keçib. İstanbul qubernatoru Davud Gül yanğının tezliklə nəzarət altına alındığını, yanğınsöndürənlərin hazırda yanğın ərazisinində soyutma islərin aparıldığını bildirib. İlkin məlumata görə, yanğın mağazalardan birinin naqillərində yaranan qısaqapanmadan başlayıb və dam örtüyünə keçib. Yanğının söndürülməsində 25 yanğınsöndürən maşın və 79 yanğınsöndürən cəlb olunub.

Hakimiyyət orqanları xoşagəlməz hadisələr və izdihamın qarşısını almaq üçün müvəqqəti olaraq bazara daxil olmağa icazə vermir. Yanğınlar tam aradan qaldırıldıqdan sonra dəymiş ziyanın qiymətləndirilməsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti