...

Aİ miqrasiya probleminin həllində İtaliyaya lazımi dəstəyi göstərəcək

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 01:20 (UTC +04:00)
Aİ miqrasiya probleminin həllində İtaliyaya lazımi dəstəyi göstərəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen İtaliyanın Baş naziri Ciorcia Meloninin dəvətilə Lampeduza adasındakı miqrant düşərgəsinə baş çəkib.

Trend xəbər verir ki, Ursula Fon der Lyayen ötən həftə rekord sayda mühacirin gəldiyi İtaliyanın cənubundakı adada vəziyyətin ürəkaçan olmadığını, Avropa İttifaqının lazımi dəstəyi göstərəcəyini deyib. Onun sözlərinə görə, Aİ İtaliyaya bu məqsədlə 10 bənddən ibarət fəaliyyət planı təqdim edib. Ciorcia Meloni isə qanunsuz mühacir axınlarının dayandırılmasının vacibliyini, ciddi həll yollarına ehtiyac olduğunu və BMT-nin prosesdə daha fəal iştirakının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, həftə ərzində Lampeduza adasına təxminən 11 min qeyri-qanuni miqrant gəlib. Mühacirlərin yarıdan çoxu İtaliyanın digər şəhərlərinə təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti