...

Türkiyənin kosmik proqramının icrası çərçivəsində "SpaceX" ilə əməkdaşlıq mümkündür - Ərdoğan

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 03:27 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask ilə görüşüb.

Trend xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan İlon Maskı Nyu-Yorkdakı Türkevində qəbul edib.

Türkiyə prezidenti "SpaceX" və "Tesla"nın qurucusu İlon Maskla qəbul zamanı "Tesla"nı Türkiyədə yeddinci zavodunu yaratmağa çağırıb.

Dövlət başçısı Türkiyənin kosmik proqramının həyata keçirilməsi çərçivəsində "SpaceX" ilə əməkdaşlığın mümkünlüyünü açıqlayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Maskı İzmirdə keçiriləcək Teknofest festivalına dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti