...

Toivo Klaar Ermənistanda səfərdədir

Dünya xəbərləri Materials 22 Sentyabr 2023 14:35 (UTC +04:00)
Toivo Klaar Ermənistanda səfərdədir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Ermənistanda səfərdədir.

Trend xəbər verir ki, Ermənistan müdafiə naziri Suren Papikyan Toivo Klaarı və Aİ Nümayəndəliyinin rəhbəri Vasilis Maraqosu qəbul edib.

Görüş zamanı regional məsələlər və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.

Xatırladaq ki, 16 avqust 2023-cü il tarixində nazir Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Daha sonra T.Klaar 18 avqust tarixində Ermənistana səfər edərək, Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritterlə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti