...

Vladimir Putin Qırğızıstana səfər edəcək

Dünya xəbərləri Materials 30 Sentyabr 2023 00:53 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Qırğızıstana dövlət səfəri edəcək.

Trend-in məlumatına görə, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov deyib.

Məlumata əsasən, Rusiya prezidentinin oktyabrın 12-də Qırğızıstana səfəri gözlənilir.

A.Japarov əlavə edib ki, oktyabrın 13-də Qırğızıstanda MDB-nin sammiti, oktyabrın 25-də isə Birlik ölkələri və Şanxay Əməkdaşlıq Təşkilatının baş nazirlərinin görüşü keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti