...

Rusiya APEC sammitinə dəvət olunmadı

Dünya xəbərləri Materials 30 Sentyabr 2023 10:16 (UTC +04:00)
Rusiya APEC sammitinə dəvət olunmadı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ABŞ tərəfindən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumunun (APEC) sammitində iştirak üçün rəsmi dəvət almayıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov səfirliyin "Telegram" kanalında yazıb.

Rusiyanın Vaşinqton tərəfindən hələ də rəsmi dəvət almadığını deyən səfir, Ağ Evi bu platformanın fəaliyyətini siyasiləşdirməməyə və bütün nümayəndə heyətləri üçün bərabər imkanlar yaratmağa çağırıb.

Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumunun sammiti bu ilin noyabr ayında ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti