...

Daha bir ölkə Rusiya qeydiyyatlı maşınların girişinə qadağa qoyur

Dünya xəbərləri Materials 3 Oktyabr 2023 10:27 (UTC +04:00)
Daha bir ölkə Rusiya qeydiyyatlı maşınların girişinə qadağa qoyur
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Norveçdə Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişinə qadağa qüvvəyə minib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, məhdudiyyətlər doqquz yerə qədər oturacaq olan avtomobillərə şamil edilir.

Bildirilir ki, qadağaya istisna krallığın subyektləri və Rusiyada yaşayan Avropa İqtisadi Zonasının vətəndaşları (buraya Aİ ölkələri, Norveç, İslandiya və Lixtenşteyn daxildir), habelə onların ailə üzvlərinə şamil edilir. Bundan əlavə, məhdudiyyətlər diplomatik nəqliyyat vasitələrinə və fövqəladə humanitar hadisələrə (kəskin xəstəlik, ölüm və ya yaxın qohumun dəfni) şamil edilmir.

Qeyd edək ki, bundan əvvəl Polşa, Estoniya, Latviya, Litva və Finlandiya artıq Rusiya nömrəli avtomobillərin ölkələrinə girişinə qadağa qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti