...

ABŞ İspaniyaya 2,8 milyard dollar dəyərində “Patriot” sistemlərinin satışını təsdiqləyib

Dünya xəbərləri Materials 5 Oktyabr 2023 07:46 (UTC +04:00)
ABŞ İspaniyaya 2,8 milyard dollar dəyərində “Patriot” sistemlərinin satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ İspaniyaya ümumi məbləği təxminən 2,8 milyard dollar dəyərində “Patriot Configuration-3+” hava hücumundan müdafiə sistemi və avadanlıqlarının satışını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, İspaniya ilə mövcud müqavilələrin icrası üçün ABŞ Dövlət Departamentinin milli qanunvericiliyə uyğun olaraq verdiyi icazə alınıb. Amerika administrasiyası qərarları barədə artıq ABŞ Konqresini xəbərdar edib. Yeni silah müqaviləsinin həyata keçirilməsinə yekun razılıq verməli olan ABŞ qanunverici orqanının indi onu öyrənmək üçün 30 gün vaxtı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti