...

İsrailə edilən hücumlar nəticəsində ölənlərin sayı 1200-ü keçib

Dünya xəbərləri Materials 11 Oktyabr 2023 01:54 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qəzzadan edilən hücumlarda ölən israillilərin sayı 1200-ü keçib.

Trend-in məlumatına görə, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə qəfil hücum edib. Qəzza sektorundan yəhudi dövlətinin ərazisinə, o cümlədən paytaxt Təl-Əvivə 2 mindən çox raket atılıb. Bundan başqa, İsrailin nəzarətində olan ərazilərə sızan fələstinli qruplar bir neçə yaşayış məntəqəsini və hərbi bazanı ələ keçirib. Nəticədə 1200 israilli ölüb, 2500-ə yaxını yaralanıb.

İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Az vaxtda İsrail ordusu ölkənin cənubundakı bütün yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti