...

Misir oktyabrın 23-də Qəzzaya 40 yük maşını yardım göndərməyi planlaşdırır

Dünya xəbərləri Materials 22 Oktyabr 2023 22:35 (UTC +04:00)
Misir oktyabrın 23-də Qəzzaya 40 yük maşını yardım göndərməyi planlaşdırır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 23-də Misirdən Qəzza bölgəsinin sakinləri üçün humanitar yardım daşıyacaq 40 yük maşınından ibarət karvanın göndərilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə “Əl-Qahira əl-İhbariyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, bazar ertəsi Misirin Qəzza bölgəsi ilə sərhəddə yerləşən Rəfah keçid məntəqəsi humanitar yüklərin çatdırılması üçün yenidən açılacaq. Daha əvvəl telekanal sərhəd ərazisində partlayış səslərinin eşidildiyini bildirmişdi. “Al Youm As-Sabiya” portalının məlumatına görə, İsrail Ordusu səhvən Misir sərhədi yaxınlığına atəş açıb və nəticədə avtomobillərin keçidi dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti