...

Braziliya Xarici İşlər Nazirliyi HƏMAS-ı girovları azad etməyə çağırıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2023 06:52 (UTC +04:00)

Bakı. Trend:

HƏMAS bütün girovları azad etsə, İsrail ordusu Fələstin ərazilərindən çıxsa və Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmasa, Yaxın Şərqdə sülhə nail olmaq mümkündür.

Trend-in məlumatına görə, bunu Braziliyanın xarici işlər naziri Mauro Vieyra BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq müzakirələrdə çıxışı zamanı deyib.

“HƏMAS qaçırılan israilli uşaqları azad etməli və İsrail bombardmanlarını dayandırmalıdır ki, fələstinli uşaqlar və onların anaları Misirlə sərhəddən keçərək Qəzza zolağından çıxa bilsinlər. Müharibənin dəhşətləri arasında insanlıq yaddan çıxmamalıdır”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti