...

Qəzzada əsirlər azad edilməsə atəşkəs olmayacaq - Netanyahu

Dünya xəbərləri Materials 6 Noyabr 2023 04:14 (UTC +04:00)
Qəzzada əsirlər azad edilməsə atəşkəs olmayacaq - Netanyahu

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu blokada altındakı Qəzza zolağında HƏMAS-ın saxladığı əsirlər azad olunanadək atəşkəsə getməyəcəyini bəyan edib.

Trend xəbər verir ki, Netanyahu bu bəyanatını həm düşmənlərinə, həm də dostlarına ünvanladığını vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti