...

Bayden ilə Si Tsinpin ABŞ-Çin münasibətlərini müzakirə edəcəklər

Dünya xəbərləri Materials 11 Noyabr 2023 04:39 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 15-də ABŞ prezidenti Co Bayden ilə Çin sədri Si Tsinpin görüşəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ EVin saytında bildirilib.

Məlumata əsasən, onlar ikitərəfli əlaqələri müzakirə edəcəklər:

"Prezident Bayden və Çin sədri Si Tsinpin noyabrın 15-də görüşəcək. Liderlər ABŞ-Çin münasibətləri, açıq kommunikasiya kanallarının saxlanmasının vacibliyi, bir sıra regional və qlobal məsələləri müzakirə edəcəklər", - deyə qeyd olunub.

Liderlər həmçinin Çin və ABŞ-ın “iki ölkə arasındakı rəqabəti necə məsuliyyətlə idarə edə və maraqlarının üst-üstə düşdüyü sahələrdə birgə işləyə biləcəyini” müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti