...

Humanitar yardım daşıyan 850-dən çox yük maşını Qəzzaya daxil olub

Dünya xəbərləri Materials 12 Noyabr 2023 08:11 (UTC +04:00)

Bakı. Trend:

İndiyədək humanitar yardım daşıyan 850-dən çox yük maşını Qəzza zolağına daxil olub.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus bildirib.

Onun sözlərinə görə, humanitar yardım ərzaq, dərman və çadırlardan ibarətdir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti