Bakı. Trend:
Pakistan, İraq, Özbəkistan, Tacikistan və Əfqanıstanın energetika nazirləri İranın elektrik enerjisi sektorunda imkanları araşdırmaq üçün Tehrana səfər edəcəklər.
Trend xəbər verir ki, yaxın günlərdə başlayacaq 23-cü beynəlxalq energetika sərgisi ilk dəfə olaraq beş ölkənin energetika nazirlərini qəbul edəcək.
Noyabrın 13-dən 15-dək Tehranda keçirilməsi planlaşdırılan sərgi müxtəlif ölkələrin diqqətini cəlb edib. Tədbirdə İtaliya, Çexiya, Almaniya, Çin, Cənubi Koreya, Xorvatiya, Türkiyə, İspaniya, Sloveniya, Polşa və Yaponiya da daxil olmaqla 12 müxtəlif ölkədən 110 xarici şirkət nümayəndəsi iştirak edəcək.