...

Bu ölkə dünyada ilk sürətlə məlumat ötürə bilən internet şəbəkəsini istifadəyə verdi

Dünya xəbərləri Materials 15 Noyabr 2023 12:36 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Çin saniyədə 1,2 terabit sürətlə məlumat ötürə bilən dünyada ilk internet şəbəkəsini istifadəyə verdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu rəqəm o deməkdir ki, qlobal miqyasda mövcud olan bütün internet xətlərindən 10 dəfə sürətlidir.

Çin; Tsinghua Universiteti “China Mobile”, “Huawei” və “Cernet Corporation” arasında əməkdaşlıq çərçivəsində yeni internet xəttini istifadəyə verib. Pekin, Vuhan və Qancou arasında qurulan internet şəbəkəsi 3 min km-dən çox ərazini əhatə edir.

Qeyd edək ki, mövzu ilə bağlı açıqlama verən “Huawei”in vitse-prezidenti Vanq Lei, şəbəkənin bir saniyədə 150 film ötürə biləcəyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti