Bakı. Trend:
Ərdoğan Sudan Suverenlik Şurasının sədri Əbdülfettah Əbdülrəhman Əl Burhan ilə Qəzzadakı son vəziyyəti müzakirə edib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.
Ərdoğan telefon danışığı zamanı, İslam dünyası ilə bağlı bütün məsələlərdə birlik olması lazım olduğunu bildirib.
O, İslam Əməkdaşlıq Təşkilatının Ər-Riyad Zirvə toplantısında qəbul edilən qərarların həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.