...

Qırğızıstanda "qanuni oğru"nun 720 mənzili dövlətə təhvil verildi

Dünya xəbərləri Materials 22 Noyabr 2023 16:37 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstanda "qanuni oğru" Kamçı Kolbayevin 720 mənzili dövlətə təhvil verilib.

Trend xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Agentliyinin rəhbərinin birinci müavini Meder Maşiyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, daşınmaz əmlaklar obyektləri "qanuni oğru"nun ailə üzvləri tərəfindən könüllü olaraq, müqavilə əsasında dövlətə təhvil verilib.

Maşiyev bildirib ki, daşınmaz əmlak obyektlərinin tikintisi hələ başa çatmayıb.

"Mənzillər tam olaraq 2027-ci ildə dövlətin balansına keçəcək. Bundan başqa, daha 38 daşınmaz əmlak obyekti və nəqliyyat vasitəsi dövlətə təhvil verilib. Altı maşından ibarət ilk partiya artıq hərraca çıxarılıb", - o deyib.

Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkekdə xüsusi əməliyyat zamanı həbs olunarkən silahlı müqavimət göstərdiyi üçün öldürülən Kamçı Kolbayevə məxsus 820-dən çox mənzil dövlət ipotekası yolu ilə vətəndaşlara satılacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti