Bakı. Trend:
NATO-nun “hərbi Şengen” yaratmaq ideyası Avropada gərginliyi artırır.
Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Kreml NATO-nun bu cür açıqlamaları Rusiya ilə qarşıdurmanın güclənməsi kimi qiymətləndirir.
"İttifaq həmişə bizim ölkəmizi şərti düşmən hesab edib. İndi isə ölkəmizi aşkar düşmən hesab edir. Bu, Avropada gərginliyi artırmaqdan başqa bir şey deyil və bunun nəticələri olacaq", - Kreml nümayəndəsi deyib.