...

Aİ və Kanada Rusiyaya qarşı sanksiyalarla bağlı əməkdaşlığı gücləndirəcəklər

Dünya xəbərləri Materials 25 Noyabr 2023 07:08 (UTC +04:00)
Aİ və Kanada Rusiyaya qarşı sanksiyalarla bağlı əməkdaşlığı gücləndirəcəklər

Bakı. Trend:

Avropa İttifaqı və Kanada Rusiyaya qarşı sanksiyalar üzrə əməkdaşlığı gücləndirmək və sanksiyaları aradan qaldırmaq üçün Rusiyanın tədbirləri ilə mübarizə aparmaq barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Kanadada keçirilən sammitin yekun bəyanatında deyilir.

Məlumata əsasən, eləcə də onlar Ukraynanı dəstəkləməyə davam etmək niyyətlərini təsdiqləyiblər.

Tədbirdə Kanadanın Baş naziri Castin Trüdo, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak ediblər.

"Biz Rusiyaya qarşı geniş sanksiyalar, eləcə də sərt ixrac nəzarəti və məhdudiyyətləri tətbiq etməyə davam edəcəyik", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti