...

Pakistanda ticarət mərkəzində yanğın - Ölənlər var

Dünya xəbərləri Materials 25 Noyabr 2023 14:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanda ticarət mərkəzində yanğın baş verib.

Trend xəbər verir ki, hadisə Kəraçi şəhərində ticarət mərkəzində qeydə alınıb. Hadisə nəticəsində azı 11 nəfər ölüb, 35 nəfər yaralanıb.

Altı mərtəbəli binanın dördüncü mərtəbəsində yanğın baş verən zaman ticarət mərkəzində 60-dan çox şəxs olub.

Yaralılardan 7-nin vəziyyətinin ağır olduğu qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti