...

ABŞ İsrailə mərmi göndərib - KİV

Dünya xəbərləri Materials 2 Dekabr 2023 10:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ oktyabrın 7-dən İsrailə bunker əleyhinə bombalar, eləcə də on minlərlə başqa növ sursat və artilleriya mərmiləri göndərib.

Trend xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinin məlumatına görə, təqribən 15 min bomba və 57 min artilleriya mərmisindən ibarət silah-sursatın göndərilməsi oktyabrın 7-dən sonra dərhal başlayıb.

Həmçinin ABŞ-nin İsrailə bunker əleyhinə 100 ədəd BLU-109 bombası göndərdiyi də vurğulanıb.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti