Bakı. Trend:
ABŞ prezidenti Co Bayden yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edə bilər.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, telefon danışığında ikitərəfli gündəmdə duran məsələlər və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə lideri hazırkı vəziyyətdə Baydenə zəng etməyəcəyini açıqlayıb. O, bu mövqeyini Vaşinqtonun Qəzza zolağındakı hadisələrə münasibəti ilə əsaslandırıb.
Baydenlə Ərdoğanın telefon danışığında, həmçinin, Türkiyəyə "F-16" təyyarələrinin satışı, o cümlədən, İsveçin NATO-ya üzvlük məsələsinin də müzakirə olunacağı gözlənilir. Belə ki, Türkiyə İsveçin təşkilata üzvlüyünü təsdiqləməyib.