Bakı. Trend:
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında itkiləri 102 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müvafiq itkilər, əsasən, Qəzza zolağının cənub hissəsində qeydə alınıb. Beləliklə, quru əməliyyatı başlayandan İsrail Müdafiə Qüvvələrinin 102 hərbçisi həlak olub, 550-dən yuxarı hərbçi isə yaralanıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.