...

ABŞ-ın Ukraynaya yardım üçün təxminən 1 milyard dolları qalıb - Ağ Ev

Dünya xəbərləri Materials 14 Dekabr 2023 01:16 (UTC +04:00)
ABŞ-ın Ukraynaya yardım üçün təxminən 1 milyard dolları qalıb - Ağ Ev

Bakı. Trend:

ABŞ administrasiyası Ukraynaya yardım üçün cəmi 1 milyard dolları var, lakin bu məbləğin 96 faizi Pentaqon tərəfindən artıq xərclənib, qalan 4 faizi isə bu ayın sonunda Kiyevə veriləcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Krin Jan-Pyer deyib.

"[ABŞ-ın Kiyevə verdiyi silahları] əvəz etmək üçün 1 milyard dollara yaxın vəsaitimiz qalıb. Bu əvəzetmə üçün nəzərdə tutulan vəsaitlərin təxminən 96 faizi artıq istifadə olunub. ABŞ Müdafiə Nazirliyi isə bu ay qalan 4 faizi bölüşdürməyə hazırlaşır", - deyə o bildirib.

O qeyd edib ki, silahları əvəz etmək üçün vəsaitimiz bitən kimi biz öz [silah] ehtiyatlarımızı doldura bilməyəcəyik, Ukraynaya tədarük edilənləri əvəz edə bilməyəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti