...

Misir və İran prezidentləri Qəzzadakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 24 Dekabr 2023 02:16 (UTC +04:00)
Misir və İran prezidentləri Qəzzadakı vəziyyəti müzakirə ediblər
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər

Bildirilib ki, tərəflər “aralarındakı həll edilməmiş məsələlərin həlli üçün ciddi addımlar atmağa” razılaşıblar. Söhbət zamanı Qəzza zolağında vəziyyətin inkişafına da toxunulub, “İslam ölkələrinin birliyinin qorunmasının vacibliyi” vurğulanıb. Bu telefon danışığı prezident Əbdülfəttah əs-Sisinin yenidən Misirin başçısı seçilməsindən sonra ilk telefon danışığı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti