...

Biz başlanğıcın sonundayıq - İsveçin Baş naziri

Dünya xəbərləri Materials 26 Dekabr 2023 04:42 (UTC +04:00)
Biz başlanğıcın sonundayıq - İsveçin Baş naziri

Bakı. Trend:

İsveçin Baş nazir Ulf Kristersson ölkəsinin bugünkü bədbin mənzərəsini təsvir edən Milad bayramı nitqi ilə çıxış edib.

Trend-in məlumatına görə, Kristersson cinayət, artan terror təhdidləri, iqlim dəyişikliyi, insanları stressə salan faiz dərəcələri və qida qiymətlərinə diqqət çəkib. Lakin o, hökumətin vəziyyəti dəyişmək əzmində olduğunu bildirib. "Bu, bir qədər vaxt aparacaq və asan olmayacaq, amma işlək mexanizm olacaq. 2024-cü il ərzində müxtəlif istiqamətlərdə paradiqma dəyişikliyi həyata keçiriləcək", - deyə U.Kristersson deyib.

Baş nazir gələn il qüvvəyə minəcək silahlı cinayətkarlıqla mübarizədə bir sıra dəyişiklikləri sadalayıb. O, həmçinin qeyd edib ki, yeni atom elektrik stansiyalarının tikintisi və miqrasiya siyasətinin dəyişdirilməsi üçün addımlar atılır, inflyasiya ilə mübarizə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti