...

Ərdoğanla Zelenski regional və qlobal məsələləri müzakirə ediblər

Dünya xəbərləri Materials 5 Yanvar 2024 22:30 (UTC +04:00)
Ərdoğanla Zelenski regional və qlobal məsələləri müzakirə ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, danışıq zamanı regional və qlobal məsələlər, xüsusilə Rusiya-Ukrayna qarşıdurması müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin həm Rusiya-Ukrayna, həm də İsrail-Fələstin münaqişələrinin dayandırılması və daimi sülhün təmin edilməsi üçün çoxşaxəli səylərini davam etdirdiyini bildirib.

Ərdoğan ölkəsinin Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu deyib.

Taxıl dəhlizinin canlandırılması və fəaliyyətə başlamasının vacibliyini vurğulayan Ərdoğan bu məqsədlə diplomatik səyləri davam etdirdiyini bildirib.

Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəsin təmin edilməsi və sülh qapısının açılmasının zəruriliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti