...

Şimali Koreya bir neçə qanadlı raket buraxıb

Dünya xəbərləri Materials 28 Yanvar 2024 06:03 (UTC +04:00)
Şimali Koreya bir neçə qanadlı raket buraxıb

Bakı. Trend:

Şimali Koreya şərq sahillərindən bir neçə qanadlı raket buraxıb.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən bildirib.

Məlumata əsasən, buraxılış yerli vaxtla saat 08:00 radələrində baş tutub. Raketlərin Sinpo liman şəhəri ərazisindən Yapon dənizi istiqamətində buraxıldığı ehtimal edilir.

Cənubi Koreya ordusu qeyd edib ki, monitorinqi gücləndirib və KXDR-in addımlarını izləyir, “öz addımlarını ABŞ-la yaxından əlaqələndirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti