...

Almaniyada hava limanı işçiləri kütləvi tətillərə başlayıblar

Dünya xəbərləri Materials 2 Fevral 2024 04:10 (UTC +04:00)

Bakı. Trend:

Almaniyada bir neçə hava limanının təhlükəsizlik xidməti əməkdaşları kütləvi tətillər keçirməyə başlayıblar.

Trend xəbər verir ki, Frankfurt, Hamburq, Bremen, Berlin, Leipziq, Düsseldorf, Köln, Hannover, Ştutqar, Erfurt ve Drezden şəhərlərində yerləşən hava limanlarının təhlükəsizlik xidməti işçiləri əməkhaqqının artırılması ilə bağlı razılığa gələ bilmədikləri səbəbindən tətil keçirməyə qərar veriblər. Bu isə təqribən 25 min işçini əhatə edir.

Almaniya Hava Limanları Birliyi hadisə nəticəsində 1100 reysin ləğv ediləcəyini və ya təxirə salınacağını açıqlayıb. Bildirilib ki, nəticədə 200 min sərnişinin daşınmasında problem yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti