...

Belarus Ukrayna ilə sərhəd nəzarətini gücləndirib

Dünya xəbərləri Materials 5 Fevral 2024 03:35 (UTC +04:00)
Belarus Ukrayna ilə sərhəd nəzarətini gücləndirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belarus Silahlı Qüvvələri cənub istiqamətində dövlət sərhədinin mühafizəsini gücləndirib.

Trend xəbər verir ki, bunu Belarus SQ-nin xüsusi əməliyyatlar briqadası komandirinin müavini Vadim Bobileviç deyib.

“Bəli, doğrudan da, hazırda briqadamız öz qüvvələrinin bir hissəsi ilə dövlət sərhədinin cənub istiqamətindəki bölmələrindən birinin (Ukrayna ilə sərhəd orada yerləşir) möhkəmləndirilməsi üzrə tapşırıqları yerinə yetirir. Tapşırıqları yerinə yetirmək üçün biz bütün lazımi silah və texnika ilə təmin olunmuşuq”, - deyə o qeyd edib.

Bobileviçin sözlərinə görə, onların sərəncamında silah, texnika, rabitə vasitələri və termal kameralı pilotsuz uçuş aparatları var. Şəxsi heyət mütəmadi olaraq hərbi-siyasi vəziyyətlə bağlı məlumatlandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti