...

Zelenski Zalujnının işdən azad edilməsi barədə danışıb

Dünya xəbərləri Materials 5 Fevral 2024 04:05 (UTC +04:00)
Zelenski Zalujnının işdən azad edilməsi barədə danışıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı əvəzləmək barədə düşündüyünü bildirib.

Trend xəbər verir ki, o, bunu İtaliyanın “Rai1” telekanalının efirində deyib.

“Bu, Ukraynaya rəhbərlik edənləri narahat edən sualdır. Təbii ki, yeni başlanğıc lazımdır”, - deyə Ukrayna lideri bildirib.

O, təkcə hərbi sahədə deyil, dövlətin bəzi rəhbər şəxslərinin əvəzlənməsini nəzərdə tutduğunu qeyd edib.

"Mən bu əvəzetmə haqqında düşünürəm, bu doğrudur" - deyə Zelenski davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti