...

Avropanın ən böyük akvaparkında güclü yanğın olub

Dünya xəbərləri Materials 12 Fevral 2024 23:52 (UTC +04:00)
Avropanın ən böyük akvaparkında güclü yanğın olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin ikinci ən böyük şəhəri olan Höteburqda inşa edilən “Oceana” akvaparkında güclü yanğın baş verib.

Trend xəbər verir ki, yanğın tikinti işləri zaman başlayıb.

“Həyəcan siqnalı səsləndiyi an həmin yerdə 30-40 nəfər olub. Biz, əlbəttə ki, dərhal insanların evakuasiyasına, eyni zamanda, yanğını söndürməyə başladıq. Bu, plastiklə işlənmiş hündür binadır, buna görə də həm də güclü tüstülənmə baş verib”, - “NCC” tikinti şirkətinin istismar üzrə meneceri Klas Lüppert bildirib.

On üç nəfərin yüngül xəsarət aldığı deyilir.

Qeyd edək ki, Avropada ən böyük akvapark olan “Oceana”nın tikintisi 1,2 milyard dollara başa gəlib. Onun 2024-cü ilin yayında istismara verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti