...

Rusiyanın Almaniyadakı səfiri XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 19 Fevral 2024 18:59 (UTC +04:00)
Rusiyanın Almaniyadakı səfiri XİN-ə çağırılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Trend xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə jurnalistlərə deyib.

Nümayəndənin sözlərinə görə, səfirin çağrılması Rusiyada Aleksey Navalnının ölümü ilə əlaqədardır. O, Almaniyanın xarici işlər naziri Annalena Berbokun da bu məsələni şərh etdiyini bildirib.

Xatırladaq ki, fevralın 16-da Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb. Onun gəzintidən sonra özünü pis hiss edərək, demək olar ki, dərhal huşunu itirdiyi bildirilib. Müəssisənin tibb işçiləri dərhal hadisə yerinə gəlib, təcili tibbi yardım briqadası çağrılıb.

Zəruri bütün reanimasiya tədbirləri görülsə də, heç bir müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü təsdiqləyib.

Kreml nümayəndəsi Dmitri Peskov Navalnının ölüm səbəbinin araşdırıldığını və lazımi bütün tədbirlərin görüldüyünü bildirib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti